İkinci Səhifə

Ölümlə həyat arasında bir addım var
Cəmi bir addım var
Azadlıqla qul olmaq arasında bir addım var
Siz yazmadız
Azadlıqla qul olmaq arasında bir addım var
Azadlıq yaratdılar, sonunda dağıtdılar
Nə mənim qanadım var qandalları qırım, uçum
Təhlükə anında bir addım geriyə və hücum
Bu sətirlər vücudum, həm yol, həm uçurum
Bu sətirlər yaşayır bağlansa da əlim, qolum
Bu sətirlər qoruyur sevgini, olmasa da sevgi
Bu sətirlər fəryad qoparanların həyacan zəngi
Başlıqsız sətirlərim, mənim obrazım çətin
Yazılarımda tapılır izi qanlı cinayətin
Həyatım kinayəsiz, insanlar aləmində
Varlıların cənnəti, kasıbların cəhənnəmində
Hərənin öz ölümü var, hər ömrün qəbahətləri
Elə günahlar var sonsuz, yoxdu nəhayətləri
Müxtəlif insanlar, müxtəlif düşüncələrlə
Elə dözülməz yaralar var ağır dərəcələrlə
Elə günlər yaşadım mən ki nələr görmüşəm mən
Elə darvazalar var ki, arxasında çürümüşəm mən
Elə dost gördüm ki, dar günümdə kor, qulağı kar
Elə həkimlər gördüm, bugün xəstəliyimə səbəbkar
Elə sevgilim olub ki, xəyanət ardınca xəyanət
İndi məhəbbət də xəyanət nədənsə olub adət
Bu hələ başlanğıc, hələ nə qədər fikirlər var
Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var?!
Başlıqsız sətirlər yazanda hər dəfə
Sətirlərim ölümlə həyat arasında məsafə
Sətirlər müharibə, müharibə, müharibə
Əvvəl birinci səhifə, bu da ikinci səhifə!
Başlıqsız sətirlər yazanda hər dəfə
Sətirlərim ölümlə həyat arasında məsafə
Sətirlər müharibə, müharibə, müharibə
Əvvəl birinci səhifə, bu da ikinci səhifə!
Elə rejim gördüm, despotizm, diktatura
Elə həyat yaşayırıq, başdan ayağa karikatura
Elə rüşvətxor gördüm, onu ancaq torpaq doydurar
Çarəsi olsa Azərbaycanın adını korrupsiya qoydurar
Elə şərait var, adlanır müharibə şəraiti
Amma əsgər hər ay itir və çoxalır fərarili
Elə evlər var yetimxana, divarlarında həsrət
Elə qızıl imarətlər var, hasarlarında nəhlət
Bazarlarında millət, rüşvət qanuna salınıb
Elə şirin yuxularımız var, məsələn, Qarabağ alınıb
Elə vətənim var, müğənnilər əsgərdən çoxdu
Barları və gecə klubları səngərdən çoxdu
Elə günlər olub, biraz çörək tapmaq qəliz olub
Mülki də olmasa da, hərbidə yüz faiz olub
Bu hələ başlanğıc, açılmayan sirlər var
Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var?!
Başlıqsız sətirlər yazanda hər dəfə
Sətirlərim ölümlə həyat arasında məsafə
Sətirlər müharibə, müharibə, müharibə
Əvvəl birinci səhifə, bu da ikinci səhifə!
Başlıqsız sətirlər yazanda hər dəfə
Sətirlərim ölümlə həyat arasında məsafə
Sətirlər müharibə, müharibə, müharibə
Əvvəl birinci səhifə, bu da ikinci səhifə!
(Mən sizdən fərqliyəm, siz ölürsüz, amma əbədi yaşayıram)
(Çünki öz əsərlərində yaşayanlar ölmürlər)
(Çünki öz əsərlərində yaşayanlar ölmürlər)



Credits
Lyrics powered by www.musixmatch.com

Link