Hər Günah İz Buraxır

Müalicə dispanseri dəniz kənarında yerləşir
Körpə qışqırıqları, gülüşləri dalğalarla birləşir
Dünən buraxılan səhvlər
Bu gün şiddətli fəsadlar
İncə səsli fəryadlar
Amma ən dəhşətlisi ünsiyyətsiz məhkum körpə gözləri
O günəş görmək istəyir
Həyat ona qaranlıq kölgə göstərir
Ruhu təmiz, vücudu natəmiz, həkimlər aciz, qəzəblənir dəniz
Niyə o günahsız gözlər çarəsiz
Niyə nizamsız ləkə, iz buraxıb dumanlı xatirə
Cəmi iki yaşı var, amma hər an dayanar zaman, saat
Onun üçün həyat anasının buraxdığı səhvdə bitdi
Əllər zərif, nəfəs xəfif, bədən zəif tərəfdə itdi
Getdi ruhu cənnət axtarışında tapacaq əgər varsa
Ölüm durarsa, onun zəif ürəyi bir daha vurarsa
Deməli insaf var, mərhəmət yerin tutar
Heyf qəddar olan rəftar nədənsə ürək unudar
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
Qayıdaq üç il əvvələ üniversitet həyatı tələbələr
Hər şey gözəl, sevinc dolu uğurlar, qələbələr
Zirvəyə mərtəbələr, amma bir qızın arzuları boş
Qulağa xoş gəlməyən duyğuları boş, qorxuları boş
Sözüm məğzi onun əxlaqsız həyat tərzi vulqar
Hər gün bar, disko, klublar, geceler bulvar
Hətta narkotik, LSD, sex, iyrənc öpüşlər
Onun üçün yad olub sevgi, pak hislər gənc görüşlər
Sərxoş gülüşlər hər gecə yataqlarda ehtiras
Özünə xas olan obrazda olmazdı həyata xilas
Nə çox, nə az düz 3 il hər şey oldu toz
İmmun çatışmamazlığı, spid, həkimin qoyduğu diaqnoz
Həyat necə də boz 9 aydan sonra daha da bozdu
Doğulacaq körpəsi pozulmuş həyatı bir anda pozdu
Dünən buraxılan səhvlər bu gün ağır nəticə
Körpə doğuldu, ona qayğı əvəzinə işgəncə
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır
Hər günah iz buraxır



Credits
Lyrics powered by www.musixmatch.com

Link