Axtarma

Axtarma, unut olanları
Mən unutsam da olar unutmasam da
Axtarma, anladım ki, mən bir düşüncə
Hər gecə yazanda
Axtarma, ümidsiz xatirələrin
Solub qalan mənzərələrini
Axtarma sınıq pəncərələrini qara gecələrini, xaraba küçələrini
Axtarma
Əlvida, alovlanan ürəyimdən qalıb ancaq köz-kömür
Axtarma
Fəryada gətirər məni həsrətin məni qara ömür
Axtarma
Düzlər içində axtarırsan, amma yenə mən səhv oluram
Axtarma
Ya da qal yanımda, ya da al canımı
Mən məhv oluram
Axtarma
Aparacaq qatarlar məni uzaqlara burada qalmaram
Sənə dönmərəm, axtarmaram, axtarmasam ölmərəm
Sən də məni axtarma
Aparacaq qatarlar məni uzaqlara burada qalmaram
Sənə dönmərəm, axtarmaram, axtarmasam ölmərəm
Sən də məni axtarma
Elə bir yerdəyəm ki, bura cəhənnəmin qorxusu kimdir
Axtarma
Səngərlərdəyəm bura papa uşaqlarının kabusu kimdi
Axtarma
Sevdiyin parfümü dəyişib indi güllə, barıt ətri
Axtarma
Çək tətiyi sonuna qədər hədəf ümidlərdir, dəyiş qara xətti
Axtarma
O şəhər sənin qədər gözəl, amma daxili xəyanət
Fərq budur, onun göz yaşları Xəzər
Amma səninki satılan əmanət
Axtarma
Aparacaq qatarlar məni uzaqlara burada qalmaram
Sənə dönmərəm, axtarmaram, axtarmasam ölmərəm
Sən də məni axtarma
Aparacaq qatarlar məni uzaqlara burada qalmaram
Sənə dönmərəm, axtarmaram, axtarmasam ölmərəm
Sən də məni axtarma
Sən də məni axtarma



Credits
Writer(s): Orxan Mustafazadə
Lyrics powered by www.musixmatch.com

Link