Rekviem

Tozlanmış gitara, bir qutu maxorka, skripka, pionina
Qarışır xatirələr, rəsmlər, fornarina
Barışır bəxtsiz ömrü ilə İzolda
Bu son qəmgin not, ritm, qəmli saksofon
Nostalji günlərimdə don epizod kimi
Bacarırsansa yandır nifrətimi yandır od kimi
Mən yandırdım, sındırdım səndən qalanları
Sevdiyin yalanları, unutdum olanları
Səslər məni melodiyalar, uzanmış çox qısa yolla
Sən akvarellərin yaratdığı cazibədar İzabella
Zərif okapella, amma daxilən iblissən
Məni həyatından tulla, çünki daxilən iblissən
Həyatıma iz sən buraxdın, mən axtardım, darıxdım
Yıxılmış ümidlərimi qurdum, yenidən yıxdım
Çıxdım vəziyyətdən, amma halım özümdə deyil
Həyatım zibil, sevdiyim xəyalım özümdə deyil
Bu sənin rekviemin, fərqi yox, ya da mənim
Qazandığım tək sənsizlik bu dünyada mənim
Kürəyimə vurduğun xain zərbələr
Ürəyimə qurduğun mərtəbələr yıxıldı
Yox oldu



Credits
Lyrics powered by www.musixmatch.com

Link